Donald Trampın Azərbaycana isti münasibətinin səbəbi budur — Deputat

GÜNDƏM 08 avqust 2025, 13:22
“Donald Trampın Azərbaycana isti münasibət göstərməsinin ən başlıca səbəbi odur ki, Azərbaycan bölgədə nüfuz sahibidir və regionda iqtisadi, siyasi cəhətdən böyük potensiala malikdir. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra dünyada nüfuzu daha da artıb. Digər tərəfdən, Azərbaycan dünya siyasətinə və iqtisadiyyatına öz müsbət töhfələrini verməkdədir, etibarlı tərəfdaşdır və enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Trampın ABŞ–Azərbaycan əlaqələrinin genişlənməsinə maraq göstərməsi də Azərbaycanın nüfuzunun bir göstəricisidir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, Co Bayden dövründə administrasiya Azərbaycana qarşı aqressiv mövqedə idi və bütün münasibətləri gərginləşdirmişdi, Tramp isə hətta ilk dəfə prezident olduğu dövrdə də Azərbaycanın iqtisadi layihələrinə öz dəstəyini vermişdi:



“Azərbaycan və Ermənistan arasında sülhün imzalanması bölgəmiz üçün ən önəmli hadisələrdən biridir. Digər tərəfdən, ABŞ Zəngəzur dəhlizinə maraq göstərir. Çünki bu dəhliz dünya iqtisadiyyatı üçün önəmli layihələrdən biridir. Dəhlizin açılması, xüsusən Asiya ilə Avropa arasında iqtisadi əlaqələrə mühüm töhfələr verəcək.

Görüşdə Zəngəzur dəhlizinin müzakirə olunacağı istisna deyil, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün addımların atılması gündəmdə olacaq. Dayanıqlı sülhün əldə edilməsi üçün Ermənistan Azərbaycanın irəli sürdüyü əsas iki prinsipi qəbul etməlidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 15:41
Top