"Əsas istəyim odur ki..." — Rasim Balayev

MƏDƏNİYYƏT 08 avqust 2025, 17:10
“Ad günümü evdə ailəmlə birlikdə keçirirəm”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.

Xalq artisti bir az yorulduğunu deyib:

“Yaş gəldikcə adam qocalır. 77 yaş Allahın bir mükafatıdır. Ümumiyyətlə ömür özümüzdən asılı deyil, Allah tərəfindən verilir. Ona görə də çalışırıq ki, bu ömrü yaxşı başa vuraq. Əsas istəyim odur ki, ömrümü ləyaqətlə başa vurum”.

Qeyd edək ki, bu gün Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin doğum günüdür. Onun 77 yaşı olur.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top