Metroda doğulan uşağa bu ad veriləcək — VİDEO

SOSİAL 08 avqust 2025, 16:39
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.

Mənbə: Apa TV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top