Azərbaycan ABŞ ilə birgə mühüm layihələr həyata keçirə bilər — Aydın Mirzəzadə

GÜNDƏM 08 avqust 2025, 16:22
"Bu gün Vaşinqtonda keçirilən üçtərəfli görüş tarixi bir hadisədir".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Cənubi Qafqazda uzun müddət mövcud olmuş gərginliyə son qoyulur:

"Dünyanın aparıcı dövlətlərindən biri bu problemin tezliklə həll edilməsinə ciddi marağını göstərdi. Donald Trampın təşəbbüsü ilə tərəfləri bir araya gətirmək və sülh sazişinin imzalanması üçün şəraitin yaradılması tarixi əhəmiyyət daşıyır. Eyni zamanda bu görüşdə Azərbaycan-ABŞ münasibətlərinin geniş səpkidə müzakirəsi gözlənilir. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmasından sonra ABŞ ilə Azərbaycan region və dünya üçün bir çox əhəmiyyətli layihə həyata keçirə biləcək".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2025, 19:18
Top