“Son vaxtlar Rusiya ilə Ermənistan arasında qopmalar artmaqdadır. Aydın məsələdir ki, Vladimir Putin Ermənistana gedə bilmir deyə, Paşinyan Rusiyaya səfər etdi”.
Bunu Demokrat.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib. Onun sözlərinə görə, ehtimal ki, Paşinyanın səfərinin arxasında duran səbəb haradasa Rusiyanı razı salmaqdır:
“Çünki son zamanlar əksər gündəmə gələn məsələ ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsidir. Əgər belə bir vəziyyət yaranacaqsa, bu, Rusiyanın maraqlarına ziddir. Bu səbəbdən Paşinyan Rusiyanı daha da qıcıqlandırmamaq, ‘hər şey yaxşı olacaq’ mesajını vermək naminə səfər etmiş ola bilər.

Son vaxtlar Rusiya rəsmiləri Ermənistana çox qıcıqlanırlar. Ermənistandakı rus hərbi bazasındakı hərbçilərin sayını da artırıblar. Bu da görünür ki, Paşinyanı narahat edir. İkinci bir məsələ Paşinyanla kilsə arasındakı gərginlikdir. Məlumdur ki, kilsənin arxasında Rusiya faktoru var”.
Cavidan Mirzəzadə
Demokrat.az