Yük maşını aşdı, Bakı-Qazax yolunun bir hissəsi bağlandı — VİDEO

HADİSƏ 22 iyul 2025, 10:49
Bakı-Qazax yolunda qəza baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə "Qədir-Xum" restoranın yaxınlığında olub.

Buğda daşıyan yük maşınının aşması nəticəsində yolun bir hissəsi bağlanıb. Hazırda yolun açılması istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən gecə də eyni yerdə İran İslam Respublikasına məxsus TIR aşıb. Gecə qəzanın niticələri aradan qaldırılsa da, eyni yerdə növbəti dəfə qəza olub. Sürücülər qəzalara səbəb kimi Bakı-Qazax magistral yolunun "M2" hissəsinin qəzalı olmasını göstərir.
 
Sürücülər bildirir ki, yolun çökməsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin düzgün təmir işləri aparmaması qəzalarla nəticələnir. Onlar AAYDA rəhbərliyini yola baxış keçirməyə və yenidən təmir etməyə çağırıblar.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyul 2025, 15:57
Top