Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Salyan rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov iyul ayının 22-də vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Babazanlı xeyir-şər evinin binasında əhali ilə səyyar qəbul keçirib. İcra başçısı Rüstəm Xəlilov qəbulda çıxış edərək bu günlərdə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün ilk dəfə Xankəndi şəhərində keçirilməsinin siyasi, tarixi əhəmiyyət daşımasının, beynəlxalq jurnalistlərin Xankəndidə, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsinin, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisi olduğunu diqqətə çatdırıb.
RİH başçısı çıxışı zamanı Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın azadlığına nail olan, ölkənin hərtərəfli inkişafını təmin edən və müstəqilliyi daha da möhkəmləndirən cənab Prezident İlham Əliyevi, Azərbaycanın yeni zəfərlər salnaməsinin müəllifi olmasını vurğulayıb. Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açmışlar.
Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.