"Bu, orta idxal qiymətini aşağı salır"

GÜNDƏM 22 iyul 2025, 18:17
Ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (təxminən 12 min manat) ucuzlaşıb.

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, elektromobillərin Azərbaycana idxal qiymətinin ötən illə müqayisədə 7,3 min dollar ucuzlaşmasının bir neçə əsas səbəbi var:

“Son 1-2 ildə dünyada elektromobil istehsalında rəqabət artıb. Xüsusilə Çin istehsalçıları ucuz modelləri bazara çıxararaq qiymətləri aşağı salıb. Bu tendensiya dünya üzrə elektromobil qiymətlərində azalmaya səbəb olub və bu, Azərbaycana idxalda da özünü göstərir. Çin, Avropa və bəzi digər ölkələrdə hökumət elektromobil istehsalçılarını subsidiyalaşdırır. İstehsalın həcmi artdıqca vahid avtomobilin maya dəyəri də ucuzlaşır. 2022–2023-cü illərdə pandemiya sonrası logistikada bahalaşma müşahidə olunmuşdu. 2024–2025-ci illərdə beynəlxalq daşımaların sabitləşməsi və konteyner qiymətlərinin enməsi elektromobillərin ölkəyə gətirilməsini daha ucuz edib. Azərbaycana idxal olunan elektromobillərin bir hissəsi ikinci əl modellərdir. Dünya bazarında ikinci əl elektromobillərin qiyməti də son dövrlərdə enib və bu, orta idxal qiymətini aşağı salır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top