Dənizdə at sürənlərin NƏZƏRİNƏ

GÜNDƏM 22 iyul 2025, 18:55
Daxili İşlər Nazirliyi çimərliklərlə bağlı yeni xəbərdarlıq yayıb. Qurumun rəsmi məlumatında bildirilir: “Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.

İctimai təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Əliyev  Demokrat.az-a açıqlama verib.

O deyib ki, bu qadağalar əsasən insanların təhlükəsizliyinin təmin olunmasına və çimərlik ərazilərində qəza riskinin minimuma endirilməsinə xidmət edir:

“Çimərliklərdə çoxlu insan olduğu üçün moped, motosiklet və kvadrovelosiped kimi nəqliyyat vasitələri yüksək sürət və manevr qabiliyyəti səbəbindən qəza riski yaradır. Qadağa ilə piyada insanların, xüsusilə uşaqların və yaşlıların təhlükəsizliyi artır. Çimərlikdə belə vasitələrin hərəkəti səs-küy, toz və nizamsızlıq yarada bilər. Qadağa ictimai asayişin qorunması üçün də mühüm addımdır. Qumlu sahələrdə bu tip texnikaların idarəsi çətinləşir, çevrilmə və yanma təhlükəsi yarana bilər. Bu da qəza və xəsarət hallarını artırır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top