22 iyul 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə Hacıqabul rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli mətbuatının 150 illik yubileyi qeyd olunub.
Demokrat.az xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, “Hacıqabul” qəzetinin baş redaktoru Xuraman Hüseynova, “Mədəni-İrs” qəzetinin baş redaktoru, təqaüddə olan mədəniyyət işçisi Məhəmməd İsayev və digər natiqlər çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, bu əlamətdar tarix, 1875-ci ildə görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin ilk sayının işıq üzü gördüyü gündür. “Əkinçi” yalnız bir qəzet deyildi – o, bir xalqın milli oyanışı, maarifçilik hərəkatı və azad sözə doğru ilk böyük addımı idi.
Bu gün milli mətbuatımızın 150 illik yubileyini böyük qürur və fəxarətlə qeyd edirik. Bu bir əsrdən artıq tarix ərzində Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsi, milli düşüncənin formalaşması və azadlıq ideallarının yayılması istiqamətində mühüm rol oynayıb.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın əhəmiyyətini yüksək qiymətləndirərək belə demişdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik".
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mətbuat azadlığı prinsipləri daha da möhkəmlənib. Cəmiyyətin operativ və düzgün məlumatlandırılması, ictimai rəyə təsir imkanlarının artırılması, medianın müasir çağırışlara cavab verməsi dövlət siyasətinin prioritetlərindən biridir.