Burakdan "Kuruluş Osman"a vida mesajı

ŞOU-BİZNES 22 iyul 2025, 20:42
Xəbər verdiyimiz kimi, aktyor Burak Özçivit "Atv" kanalında yayımlanan "Kuruluş Osman" serialından ayrılıb.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə izləyicilərinə vida mesajı yazıb:

"Vidalaşmaq böyük bir mərifətdir. 6 illik ehtirasın və əməyi üzərindən fərqli təəssürat yaratmağa çalışanlara baxmayaraq, izləyicilərimizə təşəkkür edərək vida etmək istəyirəm. Yeni hekayələrdə görüşmək ümidi ilə!".

Qeyd edək ki, iddialara görə, Özçivit serialın hər bölüm üçün 4 milyon lirə məvacib tələb edib, qarşı tərəf isə razılaşmadığı üçün müqavilə imzalanmayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top