Bu dəfə fərqli göründü — Şəbnəm Tovuzlu makiyajsız halda kamera qarşısında (FOTOLAR)

ŞOU-BİZNES 22 iyul 2025, 16:30
Müğənni Şəbnəm Tovuzlu sosial media hesabında təbii görünüşünü əks etdirən yeni fotosunu paylaşıb.

Yenisabah.az xəbər verir ki, sarı rəngli rahat geyimdə kamera qarşısına keçən sənətçi bu dəfə makiyajsız halı ilə izləyicilərin diqqətini çəkib. “Doğal halım” qeydi ilə paylaşdığı görüntüdə Şəbnəmin sadə və səmimi görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

İzləyicilər ifaçının təbii halına təriflər yağdıraraq, onun sadəliyini və cəsarətini yüksək qiymətləndiriblər. Paylaşım qısa müddətdə minlərlə bəyənmə və xoş rəy toplayıb.

Qeyd edək ki, Şəbnəm Tovuzlu tez-tez sosial şəbəkələrdə fərqli görüntüləri ilə gündəmə gəlir. Lakin bu dəfəki paylaşımı məhz makiyajsız və təbii halı ilə seçilib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top