Daşkəsəndə avtomobil aşıb — Yaralılar var

HADİSƏ 22 iyul 2025, 21:12
Daşkəsəndə “VAZ 2107” markalı avtomobil aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top