Saatlı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Səfər Dadaşlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Demokrat.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Səfər Dadaşlı cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə bu il iyunun 1-də, saat 14 radələrində Saatlı rayonu Qara Nuru kəndində qeydə alınıb.
Belə ki, Səfər Dadaşlı qonşusu, zərərçəkmiş Nizami Bəkirovla (adı, soyadı şərtidir) yaşadığı evin həyətyanı sahəsinə gedərək ondan atası barəsində Saatlı Rayon Polis Şöbəsinə etdiyi müraciəti geri götürməsi və barışmasını tələb edib. Zərərçəkmiş şəxs isə barışmayacağını bildirməsinə görə öz aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə onun sol qoluna bir necə dəfə zərbə vuraraq, bədən xəsarətləri yetirib.
Hadisədən sonra Səfər Dadaşlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.