22 iyul tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası və bir sıra media rəhbərləri Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.
Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllər qoyulub, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.