Azərbaycan Prezidenti: Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq

GÜNDƏM 22 iyul 2025, 19:50
Azərbaycan Prezidenti İlham Əliyev şəhid olan media nümayəndələrinin qəhrəmanlığının heç zaman unudulmayacağını bəyan edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə təbrikində deyilir.

“Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı
heç zaman unudulmayacaq”, - Prezidentin təbrikində bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top