İndi yayın, ən qızmar vaxtlarıdır. Bu dövrdə, adətən, mövsümi meyvələrin qiymətində azalma müşahidə olunur. Lakin buna baxmayaraq, marketlərdə və bazarlarda satışa çıxarılan meyvələrin qiyməti hələ də “əl yandırır”. Piştaxtalarda təklif olunan meyvələrin qiymətində ötən aylarla müqayisədə o qədər də ciddi fərq müşahidə edilmir.
Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, Azərbaycanda son aylarda ərzaq bazarlarında meyvə və tərəvəzlərin qiymətində fərqli dinamika müşahidə olunmaqdadır:
“Bu ilin may ayının sonuna olan göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə maraqlı tendensiyaları üzə çıxarır. Meyvələrin qiyməti təxminən 7% yüksəlib, tərəvəzlərdə isə 19%-lik bahalaşma qeydə alınıb. Bu qiymət dəyişiklikləri bir sıra iqtisadi və struktur amillərlə izah olunur. Əvvəla, fermerlər və təsərrüfat sahibləri məsul istehsalı, daşınması və saxlanması zamanı artan xərclərlə üz-üzə qalırlar. Bu xərclərin artmasına səbəb olan əsas amillərdən biri dizel yanacağının bahalaşmasıdır. Dizel qiymətindəki artım təkcə daşınma xərclərini deyil, məhsulların saxlama və bazara çıxarılma maya dəyərini də yüksəldir. Bundan əlavə, qlobal iqtisadiyyatda yaşanan inflyasiya dalğası, daxili bazarda da qiymətlərə təzyiq göstərir. İstehlakçıların alıcılıq qabiliyyətinin azalması fonunda ərzaq məhsullarının qiymətlərindəki dəyişiklik daha çox hiss olunur”.
Ekspert əlavə edib ki, azuqə çatışmazlığı və məhsulun azalması da əlavə qiymət artımına səbəb olur:
“Meyvələrin qiymət dəyişməsi isə əsasən mövsümi xarakter daşıyır. Mövsümün əvvəlində nübar vaxtı məhsullar az olduğu üçün qiymətlər yüksək olur. Mövsümün ortasında məhsul bolluğu səbəbindən qiymətlər düşür, lakin mövsüm sonu yəni bazardan çıxış mərhələsində məhsul qıtlığı yenidən qiymətləri yüksəldir. Qiymət artımına təsir göstərən digər mühüm faktor idxal göstəriciləridir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında istehlak məhsullarının idxal qiymətlərində 25%-ə qədər artım müşahidə olunub. Bu da həm yerli, həm də idxal məhsullarının ümumi qiymət səviyyəsinə təsir göstərir”.
Leyla Turan
Demokrat.az