Hindistanda təyyarə enişdən sonra yanıb

DÜNYA 23 iyul 2025, 00:12

"Air India" aviaşirkətinin Honkonqdan Hindistana uçan "Airbus A321" təyyarəsi paytaxt Nyu-Delhidəki İndira Qandi Beynəlxalq Hava Limanına endikdən sonra yanmağa başlayıb.

Oxu.Az verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Enişdən sonra sərnişinlər çıxmağa başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. Sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top