Sumqayıt şəhərində ər və arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ucar rayon sakini, 1979-cu il təvəllüdlü Məcid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Hadisəni törədən Məcidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü saat 21:00-da uşaqları nəzarətsiz qoyduğu üçün arvadı ilə aralarında mübahisə olub: “Mübahisə əsnasında Vüsalə boşanacağını dedi. Buna görə də əsəbləşərək əlimin çöl hissəsi ilə arvadımın üz nahiyəsinə bir dəfə və yumruqla çənə nahiyəsinə bir dəfə zərbə endirdim. Hadisədən dərhal sonra peşman oldum və həyat yoldaşın ilə barışdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, təqsirləndirilən şəxslə uzun müddətdir evlidirlər, həmişə meriban olmuşlar, aralarında hər hansı mübahisə olmayıb: “Hadisə günü Məcid mənə uşaqlara düzgün nəzarət etmədiyim üçün irad bildirdim. Buna görə də aramızda mübahisə yarandı. Budan sonra Məcid çənə və üz nahiyyəmdən iki dəfə əli ilə zərbə endirdi. Həmin vaxt əsəbi olduğum üçün polisə şikayət etdim. Lakin, bundan az sonra həyat yoldaşım ilə aramızda barışıq əldə edildi, normal ailə münasibətlərimiz davam edir və bir evdə yaşayırıq”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb.
Həmçinin zərərçəkmiş şəxs əri ilə barışdığını, ona qarşı şikayətini geri götürdüyü məlum olub. Bu cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az