Bakının Suraxanı rayonunda 19 yaşlı oğlanın dayısı ilə mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 10-da baş verib. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Oruc həmin gün saat 15 radələrində tüfeyli həyat tərzi keçirdiyinə görə dayısı Samir onun evinə gəlib.
Dayı bacısı oğluna bu həyat tərzini sürməsinə görə irad tutub və onu “cındır” adlandırıb. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı gənc oğlan istintaqa məlum olmayan bıçaqla qəsdən bir zərbə vuraraq zərərçəkmiş şəxsə xəsarət yetirib.
Hadisəni törədən Orucun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Samir bildirib ki, hadisə günü dayısı onunla söhbət etmək məqsədilə evə gəlib və dayısının yanında uzaq qohum da olub:
“Mən isə zənn etdim ki, məni döyəcəklər və qorxaraq özümü qorumaq üçün bu hadisə baş verdi. Mən narkotik vasitələrdən istifadə etmişəm. Bıçağı isə evdə stolun üstündən götürmüşəm. Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam”.
Təqisrləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əvvəllər narkotik vasitə sayılan marixana qəbul edib və buna görə də realibitasiya mərkəzində müalicə alıb:
“Noyabrın 10-da, saat 15 radələrində evdə yatdığım zaman dayım mobil telefonuma zəng edərək harada olduğumu soruşdu. Mən evdə olduğumu bildirdim. Daha sonra Samir bildirdi ki, qapımızdır, qapını açım. Mən də həyətə düşərək qapını açdım. Samir həyətə daxil oldu və ardınca qohyumuz Şəhriyar həyətə daxil oldu. Bundan sonra Samir və Şəhriyar qaldığım otağa daxil oldular. Mən də onların ardınca otağa girdim. Daha sonra isə dayısı Samir gecə evə gəlmədiyim üçün bildirdi ki, sən cındırsan, nə üçün evə gəlmirsən. Samirə cavab olaraq “cındır özünsən” dedim. Bundan sonra Samir arxaya baxaraq Şəhriyara işarə etdi ki, içəri gəlsin. Bu zaman Şəhriyar otağa daxil oldu. Samir sinəmdən iki əli ilə geriyə itələdi və aramızda sözlə mübahisə yarandı. Qorxdum ki, Samir və Şəhriyar ikisi məni döyəcəklər. Həmin vaxt kravatının yanında balaca şkafın üstündə olan meyvə doğramaq üçün qoyduğu mətbəx bıçağını sağ əlimə götürdüm və dayım üstümə gəldiyi üçün onun sol tərəfindən bir zərbə vuraraq xəsarət yetirdim. Daha sonra isə Şəhriyar Samiri otaqdan çıxarıb xəstəxanaya apardı. Mən isə bıçağı götürərək evdən çıxdım və Əmircan qəsəbəsində göl deyilən ərazidə bıçağı gölə atdım. Sonra isə şəhərə bulvara getdim. Həmin vaxtdan da küçələrdə qaldım və gizlicə ara bir evə gələrək paltarlarımı dəyişmişəm. Həmin vaxtlarda nə anam, nə də bacım evdə olmayıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti günlərin birində əvvəllər yaşadığı Papanin adlanan məhlədə tanışları ilə damino oynadıqları zaman polis əməkdaşları gəlib və onu 31-ci Polis Bölməsinə dəvət ediblər.
İş üzrə zərərçəkmiş qismində dindirilən Samir bildirib ki, təqsirləndirilən şəxs onun doğma bacısı oğludur: “Bacım oğlu Oruc narkotik vasitə alüdəçisi olduğundan 2 dəfə reabitasiya mərkəzinə yerləşdirilərək müalicə etdirmişik. Son zamanlar Oruc yaşadığı ev getmədiyindən bacım Xəyalənin və bacısı qızım Nəzrini təhlükəsizlik üçün evimə gətirdim. Oruc isə evə gəlmirdi. Hadisə günü Orucun evdə olduğunu bildim və onların evinə getdim ki, ona nəsiyyət verim, evində olsun, narkotik vasitələr qəbul etməsin, əgər hərəkətlərin davam etdirərsə, bacım və bacısı qızını evinə buraxmayacam, öz evimdə saxlayacam. Orucun yaşadığı evin darvazasının qarşısında onunla telefonla əlaqə saxladım. O, bir neçə dəqiqəyə evə gələcəyini bildirdi. Daha sonra darvazanı açdı. Mən həyətə keçdim. Bacım oğlu dedi ki, həyətdə söhbət edək. Mən isə bildirdim ki, evdə söhbət edək. Həmin vaxt əmim oğlu Şəhriyar mənimlə olduğundan həyətdə gözləməsini bildirdim. Daha sonra evə daxil olduq. Həmin vaxt Oruc aqresiv olmağa başladı. Ondan nə üçün aqressiv danışdığını, yəni nə üçün evin içində o başa bu başa getdiyini soruşdum. Oruc isə ondan nə istədiyimi soruşdu. Bildirdim ki, sakitləşsin, söhbət edək. Ona nə üçün narkotikdən istifadə etməyi tərgitmədiyi söylədim. Həmin vaxt Orucla aramızda sözlə mübahisə yarandı. Orcu əlim ilə sinsindən itələdim. Ona “cındır” dedim. Bundan sonra Oruc əsəbləşərək sağ əli ilə sol qolumun altından bir zərbə vurdu. Mən elə bir ağrı hiss etmədim.. Oruc isə kravatın üzərinə çıxdı. Həmin vaxt mənə istilik gəldi. Orucun zərbə vurduğu yerə öz əlimi sürtdükdə qan axdığını hiss etdim. Həmin vaxt Şəhriyar içəri daxil oldu və qan axdığını gördü. Orucu sakitləşdirdi və məni öz avtomobilnə mindirərək xəstəxanaya apardı. Orda ilk tibbi yardım göstərdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Oruc 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az