“Yəqin ki, cənab Prezidentimizin təkcə Trampla bağlı dedikləri deyil, bütün çıxışı tərcümə edilərək ABŞ administrasiyasına təqdim edilib. Azərbaycan təkcə ABŞ-lə bağlı deyil, bir çox məsələlərə Prezident vasitəsilə öz münasibətini bildirdi. Onun ABŞ Prezidenti barədə dediyi fikirlər obyektiv, ədalətli idi. Ən əsası, onun dünyada gərginliyin azalması üçün etdiklərinə verilən qiymət idi”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Donald Trampın Prezidentimizin çıxışından müəyyən bir hissəni sosial şəbəkə hesabında paylaşması onu göstərir ki, ABŞ Azərbaycanın münasibətini yüksək qiymətləndirir:

“Azərbaycan Prezidentinin ona uzanan dostluq əlini sıxdığını nümayiş etdirdi. Bu, onu göstərir ki, Azərbaycan–ABŞ münasibətlərinin böyük perspektivi var. Hər iki ölkə öz milli maraqlarını əsas götürməklə əməkdaşlıqlarını genişləndirə bilər.
Azərbaycan vətəndaşları öz prezidentləri ilə qürur duyurlar. Prezidentimizin daxili və xarici siyasəti dövlətimizin nüfuzunun artmasına yönəlib”.
Cavidan Mirzəzadə
Demokrat.az