“Regionda gedən siyasi proseslər fonunda Azərbaycan mediası üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Xüsusən 44 günlük Vətən müharibəsində biz Azərbaycan mediasının ön cərgədə olduğunun şahidi olduq”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, sevindirici haldır ki, Azərbaycan mediası dünyada və xüsusən bizim regionda gedən proseslərdə kifayət qədər fəaldır:
“III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan mediası ilə bağlı dediklərinə nəzər salsaq, burada çox ciddi məqamlar var idi. Azərbaycan mediası ölkəmizə qarşı əsassız yönəldilən ittihamları arqumentlərlə, ciddi təhlillərlə, faktlarla ifşa edir. Mediamız Azərbaycana informasiya müstəvisində edilən bütün hücumların qarşısını layiqincə alır”.
Millət vəkili həmçinin qeyd edib ki, bu gün mediamız nəinki dövlət maraqlarını müdafiə edir, bir çox məsələlərdə hətta dünya mediasını da üstələyə bilir:
“Məsələn, Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dünya mediası susqunluq nümayiş etdirdikdə, bəzi prosesləri görməzdən gəldikdə, Azərbaycan mediası Fransanın müstəmləkəçilik siyasətini tam təfərrüatı ilə aydınlaşdıran vacib bir rol oynadı”.
Cavidan Mirzəzadə
Demokrat.az