“Mətbuatın yaranmasının 150 illiyi münasibətilə bütün jurnalist həmkarlarımı təbrik edirəm. Milli Mətbuat Günü ərəfəsində cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm, buna görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Bizim kiçik əməyimizə verdiyi böyük qiymətə görə minnətdarlığımı bildirirəm”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. O bildirib ki, cənab Prezidentin Milli Mətbuatın inkişafında xidmətləri olan şəxslərlə bağlı imzaladığı sərəncam, hər bir jurnalist üçün çox böyük stimuldur, çox böyük dəstəkdir, dövlətin mediaya qayğısının, diqqətinin göstəricisidir:
“Eyni zamanda, Azərbaycan Prezidentinin hər zaman jurnalistlərin yanında olduğunun göstəricisidir. İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediası haqqında yüksək fikirlər söylədi, növbəti illər üçün yol xəritəsini cızdı. Düşünürəm ki, hər bir jurnalist məhz bu istiqamətdə növbəti illərdə fəaliyyətini qurmalıdır, dövlətə, dövlətçiliyə sadiqliyini nümayiş etdirməlidir.
Bir daha cənab Prezidentə bu mükafata görə təşəkkürümü bildirirəm”.
Cavidan Mirzəzadə
Demokrat.az