"Zirə" - "Hayduk" oyununa neçə bilet satılıb?

İDMAN 22 iyul 2025, 09:58
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də Bakıda keçiriləcək "Zirə" - "Hayduk" matçına bilet satışı davam edir.

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər 3200 bilet alınıb.

Daha öncə "Hayduk"u Azərbaycanda reallaşacaq qarşılaşmada 400-450 qonaq azarkeşin dəstəkləyəcəyi bəlli olub. 

Xatırladaq ki, "Zirə" - "Hayduk" görüşü "Neftçi Arena"da gerçəkləşəcək. Tərəflərin cavab oyunu iyulun 31-də Spilit şəhərində baş tutacaq. (Fanat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyul 2025, 15:57
Top