Ukraynalı polkovniki öldürən azərbaycanlılar kimdir? — DETALLAR

DÜNYA 15 iyul 2025, 12:20
“Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin öldürülməsi ilə bağlı iki versiya ortaya atılıb. Bir versiyaya görə, Xaqani Quləlizadə və Nərmin Quliyeva Ukraynada yaşayırmışlar, onları əməkdaşlığa cəlb ediblər və beləliklə bu prosesi həyata keçiriblər. Digər versiyaya görə, onlar Rusiyada yaşayırmışlar, onları əməkdaşlığa cəlb edib, Ukraynaya göndəriblər”.

Bunu Demokrat.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib. O bildirib ki, bu şəxslər peşəkar qatil kimi hazırlaşdırılıblar və ondan sonra tapşırıqla bu əməli törədiblər:


“Ukrayna ərazisində bunu etmələri o qədər də asan iş deyil. Onlara gərək təlim keçilə, böyük ehtimalla bu, Rusiya ərazisində keçilib. Bu ehtimal var ki, onlara Ukrayna pasportu hazırlayaraq, başqa bir ad-soyadla ora göndəriblər. Maraqlı tərəf odur ki, onlar Ukraynaya necə keçiriliblər? Belə görünür ki, Rusiya xüsusi xidmət orqanlarının əlində belə killerlər var, lazım olanda onlardan istifadə edirlər. 

Düşünürəm ki, bu, sadə məsələ deyil. Xüsusən, Rusiya azərbaycanlılardan istifadə edərək bir mesaj da vermək istəmiş ola bilər. Hər halda, onlar azərbaycanlı olsalar da, Azərbaycanın istəyi ilə hərəkət etməyiblər, Rusiyaya pul qarşılığında xidmət göstəriblər. Kim istəsə, bunu Azərbaycanın üstünə yıxsın, alınan deyil. Ukrayna da bilir ki, bu, Rusiyanın fəaliyyətinin nəticəsidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 15:47
Top