YapiKredi Müraciət Forması
Kriminal

Ceyranbatan gölündən meyit tapılması xəbəri yalandır - RƏSMİ

Ceyranbatan gölündən meyit tapılması xəbəri yalandır - RƏSMİ

Bu gün bəzi media orqanlarında yayılan "Ceyranbatan gölündən meyit tapıldı" məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olunub.

Bununla bağlı ADSEA-nın mətbuat xidmətindən məlumat verilib.

"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib.

Allah rəhmət etsin".