Elm və Təhsil Nazirliyi təkrar sertifikasiyadan keçməyən 2300-dən çox müəlimin işdən qovulduğunu elan edib. Bu müəllimlərin hansı şəhər və rayonları əhatə etdiyi, yaşı, iş ştajı, əvvəlki sertifikasiya imtahanında iştirak edib-etməməsi və s. haqqında heç bir əlavə məlumat verilməyib. Hər sertifikasiya müəyyən qədər müəllim işdən çıxarılır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, müəllimlərin sertifikasiyası məsələsi uzun illərdir müzakirə mövzusu olsa da, bu sahədə ictimai rəydə müxtəlif yanaşmalar mövcuddur:
“Bu gün qarşımızda iki yol var. Ya bütün müəllimlərlə bu şəkildə davam etmək, ya da yalnız bilik və səriştəsinə güvəndiyimiz, keyfiyyətli müəllimlərlə təhsili davam etdirmək. Sertifikatlaşdırmanın əsas məqsədi də savadlı, peşəkar və bacarıqlı müəllimləri seçməkdir. Bu meyarlara cavab verməyən şəxsləri prosesdən uzaqlaşdırmaq. Bu, sadəcə say məsələsi deyil, kifayət qədər ciddi statistika və əsaslara söykənən bir yanaşmadır. Hesab edirəm ki, təhsil sahəsində güzəştə yol vermək olmaz. Təhsil elə bir sahədir ki, burada keyfiyyət birinci yerdə olmalıdır. Müəllimlərin əməyinə, bilik və bacarıqlarına görə qiymət verilməli, səriştəli şəxslər dəyərləndirilməlidir. Qeyd olunan rəqəmlər göstərir ki, artıq sertifikasiyadan keçə bilməyən müəllimlərin sayı on minə yaxınlaşır”.
Deputat qeyd edib ki, tbii ki, bu insanların hamısını birdən işdən uzaqlaşdırmaq mümkün deyil, lakin onların bir hissəsinin prosesdən çıxarılması real yanaşmadır:
“Bu, həm təhsilin keyfiyyətinin yüksəldilməsi, həm də yeni, daha hazırlıqlı kadrların sistemə cəlb olunması baxımından vacib addımdır. Prosesin bu şəkildə davam etməsi mümkün deyil. Təhsildə dönüş yaratmaq üçün səriştəli müəllimlərə yer verilməli, digərləri isə ya özlərini inkişaf etdirməli, ya da sahədən çəkilməlidir”.
Leyla Turan
Demokrat.az