Yardımlı rayonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 27-də baş verib.
Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Lətafət Səlimova gəlini Vəfa (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. Lətafət taxta materialdan hazırlanmış stolun ayağını sındıraraq həmin taxta parçası ilə gəlininin baş nahiyəsinə bir zərbə vurub.
Hadisəni törədən L. Səlimovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən qadın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Novruz bayramı vaxtı mərhum ərinin şəklini stolun üstünə qoyub və şəkilin qarşısına gül dəstəsi düzüb:
“Bu zaman gəlinim evə daxil oldu və stolun üstündə olan mərhum ərimin şəkili yerə atdı. Həmin vaxt aramızda mübahisə yarandı. Zərərçəkmiş şəxs stolun ayağı ilə mənə zərbə vurdu. Həmin vaxt Vəfanı vurmamışam. Başını özü divara vurub və özünə xəsarət yetirib”.
İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, martın 27-də, saat 12 radələrində dükana gedib:
“Təqsirləndirilən şəxs isə yaşadığımız evin 2-ci mərtəbəsində təmizlik işləri görüb. Dükandan qayıtdıqdan sonra qayınanam məni evə çağırdı və evin şiferlərini niyə sındırdığımı soruşdu. Təqsirləndirilən şəxs bu hadisəni görən şahidlər - polis əməkdaşları və mal-heyvan ötürən şəxslərin olduğunu bildirdi. Mən şiferləri sındırmadığımı bildirdim və dediyi şahidlərdən niyə yalan danışdıqlarını soruşmaq üçün evdən həyətə çıxmaq istədim. Bu zaman qadın əsəbləşərək evdə olan stolun ayağını sındırdı və stolun ayağı ilə baş nahiyəmə zərbə vurdu. Baş nahiyyəmdən xəsarət aldım və evimizin yanından keçən yola qaçdım. Həmin vaxt orada olan polis əməkdaşları xəsarət aldığımı gördü və Yardımlı Rayon Polis Şöbəsinə apardılar”.
Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs gəlini ilə barışıb. Zərərçəkmiş şəxsin ona qarşı irəli sürdüyü şikayətindən imtina edib.
Bu səbəbdən qadın müttəhimin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az