Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb

MƏDƏNİYYƏT 07 iyul 2025, 18:50
Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Mədəniyyət Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, bu saxta sənədin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb: “Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top