“Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin və qeyri-sabit hava şəraiti ölkəmizə daxil olan şimal axınlarının təsiri ilə bağlıdır”.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Modern.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyul ayının birinci ongünlüyünün sonlarınadək əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var: “Həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Maksimal temperaturun Aran rayonlarında 39, Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı ehtimal edilir”.
G. Məmmədovanın sözlərinə görə, müşahidə olunan hava şəraiti qlobal iqlim dəyişmələrinin regional təzahürləri kimi xarakterizə edilir.