İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi "Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində bu dəfə ekokönüllülər müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, "Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, "Bravo” supermarketlər şəbəkəsinin "Gənclik Mall” filialı, eləcə də "Access Bank” QSC-nin baş ofisi və digər məkanlarda fəal şəkildə iştirak ediblər.
Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.
"Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə "Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.