Xankəndi stansiyası 2026-cı ildə açılacaq — RƏSMİ

İNFRASTRUKTUR 30 avqust 2025, 14:31
Bakı-Ağdam dəmir yolu ilə sərnişin daşımalara start verilməsi Ağdamda yeni həyatın göstəricisidir.

Demokrat.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə bildirib.

Sədr müavini qeyd edib ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi və Bakı-Ağdam dəmir yolu ilə sərnişin daşımalara başlanılması Ağdamda yeni həyatın yarandığının göstəricisidir: "Bu tədbir Bərdə-Ağdam layihəsi çərçivəsində həyata keçirilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində ilk dəfə olaraq qapalı platformadan istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu platforma 350 metr təşkil edir".

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bu marşrutun davamı olaraq Ağdam-Xankəndi layihəsi də həyata keçirilir: "Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşasının 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 avqust 2025, 20:08
30 avqust 2025, 19:52
30 avqust 2025, 17:42
Top