"Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalının digər özəlliyi odur ki, ölkədə ilk dəfə olaraq qatar daxili platformaya daxil olur"

İNFRASTRUKTUR 30 avqust 2025, 12:55
Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalının digər özəlliyi ondan ibarətdir ki, ölkədə ilk dəfə olaraq qatar daxili platformaya daxil olur.

Demokrat.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

E.Hüseynov qeyd edib ki, Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalına qatarın daxili, qapalı platformaya daxil olmasının özəlliyi odur ki, ölkədə ilk dəfə olaraq burada qapalı peron var və bu da hava şəraitindən asılı olmayaraq sərnişinlərin istənilən vaxtı vağzalda qəbul olmasına şərait yaradacaq.

Xüsusi nümayəndə vurğulayıb ki, artıq Ağdamdan azad edilmiş digər ərazilərə avtobus reyslərinin açılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 avqust 2025, 17:42
Top