Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

İNFRASTRUKTUR 30 avqust 2025, 15:20
Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı artırılıb.

Demokrat.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin gündəlik sayını 5-dən 6-ya çatdırıb. 

Vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top