Fransada deputat özünü öldürdü

DÜNYA 07 iyul 2025, 23:12
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" partiyasından olan üzvü Olivye Marleks öz seçki dairəsində - Anet kommunasında intihar edib.

Demokrat.az bildirir ki, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyere istinadən məlumat paylaşıb.

Qeyd olunur ki, 54 yaşlı deputat bazar ertəsi axşam saatlarında jandarma patrulu tərəfindən evində ölü halda tapılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Marleks parlamentə seçilməzdən əvvəl Nikolya Sarkozinin prezidentliyi dövründə (2007-2012-ci illər) onun müşaviri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top