Rusiyada güclü YANĞIN

DÜNYA 07 iyul 2025, 23:29
Rusiyanın Yekaterinburq şəhərində dördmərtəbəli anbar binasında güclü yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə bölməsi məlumat yayıb.

Yanğının sahəsi 3 500 kvadratmetrə çatıb və güclü alov nəticəsində dam örtüyü uçub.

Bildirilir ki, yanğının söndürülməsinə 70-dən çox mütəxəssis və 30 texnika cəlb olunub.

Yanğının səbəbləri hələ müəyyən edilməyib, zərərçəkənlər barədə rəsmi məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top