Dünya

Rusiyada güclü YANĞIN

Rusiyada güclü YANĞIN

Rusiyanın Yekaterinburq şəhərində dördmərtəbəli anbar binasında güclü yanğın baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə bölməsi məlumat yayıb.

Yanğının sahəsi 3 500 kvadratmetrə çatıb və güclü alov nəticəsində dam örtüyü uçub.

Bildirilir ki, yanğının söndürülməsinə 70-dən çox mütəxəssis və 30 texnika cəlb olunub.

Yanğının səbəbləri hələ müəyyən edilməyib, zərərçəkənlər barədə rəsmi məlumat yoxdur.

D
demokrat.az