Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi

DÜNYA 08 iyul 2025, 00:12
ABŞ avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara 25 faiz həcmində gömrük rüsumu tətbiq etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" platformasında bildirib.

O, sosial şəbəkədə Qazaxıstan liderinin ünvanına olan məktubun mətnini paylaşıb. Qeyd olunur ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə tarif dərəcəsini artıracaq.

Bundan başqa, Tramp ölkəsinin avqustun 1-dən etibarən ABŞ bazarına idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25 faiz vahid tarif tətbiq edəcəyini açıqlayıb.

Tramp Yaponiya və Cənubi Koreya ilə sabit ticarət disbalansını ABŞ iqtisadiyyatı və milli təhlükəsizliyi üçün təhdid adlandırıb.

Eyni zamanda, ABŞ avqustun 1-dən Laos və Myanmadan idxal edilən bütün məhsullara 40 faiz, Cənubi Afrika Respublikasından (CAR) idxala 30 faiz, Malayziyadan gətirilən mallara isə 25 faiz rüsum tətbiq edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top