“Azərbaycanla sazişi imzalamağa və ratifikasiya etməyə hazırıq"

DÜNYA 07 iyul 2025, 23:52
“Ermənistan tərəfi Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır”.

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.

"Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Azərbaycanla danışıqlar aparırıq", - o qeyd edib.

Mirzoyanın sözlərinə görə, tərəflər arasında sülh sazişinin layihəsi üzrə razılığa gəlinib: "İndi bu sazişi imzalamağa və ratifikasiya etməyə hazırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 23:29
Top