Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda dördüncü paneli Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəisi Elməddin Mehdiyevin əsas natiqlər qismində iştirakı ilə keçirilib.
Demokrat.az xəbər verir ki, panel müzakirəsi çərçivəsində ölkəmizin mədəniyyətinin təşviqi sahəsində birgə fəaliyyət, mədəniyyət diplomatiyasının təşviqi, bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda görülən işlər, gələcək planlar, habelə ölkəmizin beynəlxalq inkişafa yardım siyasətinin prioritetləri və istiqamətlərindən bəhs olunub.