Lənkəranda ər həyat yoldaşını bıçaqladı, sonra özünü öldürdü. Xaçmazda oğul anasını öldürdü. Gündəlik mediada bunun kimi müxtəlif xəbərlər görürük.
Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, bu günlərdə cəmiyyətdə müşahidə olunan ailədaxili cinayətlərin artması sosial-psixoloji baxımdan ciddi narahatlıq doğurur:
“Dünən 15 yaşlı bir yeniyetmənin anasını qətlə yetirməsi, bu gün isə bir qardaşın digərini bıçaqlaması faktları artıq ailə içindəki doğmalıq, yaxınlıq hisslərinin zəiflədiyini göstərir. Bu hallar, həm də empatiya və mərhəmət duyğularının insanlar arasında sürətlə yoxa çıxdığını təsdiqləyir. Əvvəllər yad bir insana qarşı belə zorakılıq göstərmək çətin idi.
Bu gün isə doğmalara qarşı soyuqqanlılıqla edilən bu cür əməllər cəmiyyətin psixoloji sağlamlığına təhlükə siqnalıdır. İnsan öz doğmasının yerinə özünü qoyub düşünə bilmirsə, onda empatiya duyğusunun olmadığından danışmaq olar. Anasına, qardaşına mərhəmət göstərməyən bir şəxsdən cəmiyyətin digər üzvlərinə qarşı bu cür münasibət gözləmək mümkün deyil. Bu səbəbdən də bu kimi cinayətlərin qarşısını almaq üçün təkcə hüquqi deyil, həm də mənəvi və sosial-psixoloji tədbirlərin görülməsi vacibdir”.
Sosioloq deyib ki, silədaxili münasibətlərə diqqət yetirilməli, empatiya və mərhəmət kimi dəyərlərin yenidən təbliği gücləndirilməlidir:
“Əks halda, cəmiyyətin təməlləri sarsıla bilər. Ailə içi qətllərlə bağlı vəziyyət təkcə müəyyən bölgələrlə məhdudlaşmır, bu, ümumilikdə ölkənin hər yerində müşahidə edilə biləcək bir problemdir. Paytaxtla bölgələr arasında bu baxımdan dəqiq bir fərq qoymaq mümkün deyil. Ailə daxilində baş verən faciələrin səbəbi daha çox insan psixologiyası və sosial-emosional vəziyyətlə əlaqədardır. Hazırda cəmiyyətimizdə insanlar ciddi psixoloji və sosial gərginlik içindədirlər.
Güzəştə getmək, qarşı tərəfə empatiya göstərmək, anlayışlı davranmaq kimi insani keyfiyyətlər tədricən itir. İnsanlar bir-birinin yerinə özlərini qoya bilmir, qarşısındakının ağrısını, acısını hiss etmirlər. Bu da ailə və cəmiyyət daxilində münasibətlərin kəskinləşməsinə, bəzən isə faciəvi nəticələrə gətirib çıxarır. Bütün bunların kökündə isə ünsiyyətsizlik və sosial təcrid dayanır.
Virtual platformalarda zaman keçirmək real sosiallaşmanı əvəz etmir. İnsanlar onlayn şəkildə sosial olduqlarını düşünsələr də, əslində real həyatdan uzaqlaşırlar və nəticədə ünsiyyət bacarıqları sıfıra enir. Bu vəziyyət həm ailə daxilində, həm də ümumilikdə cəmiyyətdə dərin psixoloji və sosial problemlər yaradır”.
Leyla Turan
Demokrat.az