"Epidemiya ocaqlarının bir müddət davam etməsi proqnozlaşdırılır" — AÇIQLAMA

SOSİAL 07 iyul 2025, 18:04
"Bu gün yenidən pandemiya olması ilə bağlı heç bir təhlükə yoxdur. Qlobal pandemiya bitib. Məhz vaksinasiya nəticəsində yoluxanlarda yaranan immunitetlə ümumi yoluxma zənciri qırıldı. Qlobal pandemiya bitdi, lakin epidemiya ocaqları qalır. İnsanların böyük əksəriyyəti vaksinasiya olunmadığı üçün bu proses hansısa formada uzanaraq davam edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:

O bildirib ki, Omikron ştammının müxtəlif mutasiya variantları davam edir:

"Bunlar immun sistemi zəif olan xəstələrdə, immun sistemini zəiflədən dərmanlar qəbul edən xəstələrdə, HİV-ə yoluxmuş xəstələrdə, HİV daşıyıcılarında qalır və orada artıb çoxalır.

Məsələ budur ki, bu epidemiya ocaqlarının bir müddət davam etməsi proqnozlaşdırılır. Virus müxtəlif orqanizmlərdə yaşayır, mutasiyaya uğrayır, yeni həyat tərzinə adaptasiya olunur. Bu mutasiyalar nəticəsində virus yeni xüsusiyyətlər qazanır və ya yüksək yoluxuculuq qabiliyyəti olur. Biz bu əlamətləri müxtəlif formalarda müşahidə edirik".

Onun sözlərinə görə, bu xəstəliyə artıq qrip kimi yanaşmaq lazımdır:

"İndi də xəstə olan şəxslər başqalarını yoluxdurmamaq üçün məsuliyyətli davranmalıdırlar. 

İnsanlar özlərini qorumalıdırlar. Xəstə şəxslər işə çıxmamalı, kollektivə daxil olmamalı, başqalarını yoluxdurmamağa çalışmalıdır. 

Təəssüf ki, bu qaydalara əməl olunmur və yoluxmalar davam edir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top