Xaçmaz rayonunda qayınata və gəlin arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 13-də Xaçmaz rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Vahid Bağırov həmin gün saat 22:30-da yaşadığı evdə gəlini Səmayə (ad-soyad şərtidir – red.) ilə ailə məişət zəminində mübahisə edib.
Mübahisə zamanı gəlinini yumruq ilə sifət nahiyəsinə və boynunun ənsə nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən V. Bağırov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Xaçmaz rayonunun kəndində yaşayır:
“Daimi olaraq heç bir yerdə işləmirəm və fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Zərərçəkmiş şəxs mənim gəlinimdir, onunla münasibətlərim yaxşı olub”.
Müttəhimin sözlərinə görə, təxminən hadisədən 6 ay öncə, 2024-cü ilin yay aylarında bağırsaq əməliyyatı keçirib:
“Əməliyyat olunmamışdan öncə şəxsi işlərimi özüm görmüşəm. Lakin əməliyyat olunduqdan sonra ağır işlər görə bilməmişəm. Mənə ailə üzvlərim köməklik edib. Təxminən hadisədən bir ay əvvəl gəlinim ilə aramızda mübahisə oldu. Səhhətim ilə bağlı şəxsi işlərimi özüm edə bilmədim. Gəlinimdən mənə kömək etməsini xahiş etdim. Ara-sıra mənə narazılığını bildirdi, işlərimə köməklik etmədi”.
Təqsirləndirilən şəxs bildirib ki, fevralın 13-də, təxminən saat 9 radələrində oğlu Fuad evdən çıxaraq işə gedib:
“Oğlum saat 1 radələrinədək işdə oldu. Həmin müddət ərzində gəlinim və nəvələrim ilə birlikdə evdə qalmışam. Axşam təxminən 22 radələrində yaşadığım ünvana çörək, spirtli içki və kolbasa alaraq gəldim. Evdə olan zaman gəlinim mənimlə mübahisə etməyə başladı. Zərərçəkmiş şəxs spirtli içki içməməyimi və yaşadığımız ünvanı səliqəli saxlamağımı bildirdi. Səmayəyə şəxsi işlərimi görməkdə çətinlik çəkdiyimi, mənə yemək bişirməkdə və geyimimi təmizləməkdə kömək etməsini bildirdim. Gəlinim mənimlə pis rəftar etdi və mənim üçün heç bir iş görməyəcəyini söylədi. Zərərçəkmişin bu sözlərindən əsəbiləşdim və sağ sifət nahiyəsinə bir dəfə yumruq ilə vurdum. Sonra Səmayə yerə yıxıldı. Həmin vaxt evdə heç kəs olmayıb. Nəvələrim öz otaqlarında yatıblar”.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır:
“Artıq 1 ildir ki, yaşadığım evdə qayınatam Vahid məni nalayiq ifadələrlə təhqir edir və spirtli içki qəbul edərək mübahisələr yaradır. Hadisə günü yaşadığım evin mətbəxində olan zaman qayınatam sərxoş vəziyyətdə gəldi.
Təqsirləndirilən şəxs mətbəxə daxil oldu və orada olan divanda əyləşdi, məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Ona evi tərk etməsini, evdə nalayiq ifadələr işlətməməsini bildirdim. Bundan sonra təqsirləndirilən şəxs üzümün sağ nahiyəsinə yumruq zərbəsi endirdi, başımın ənsə hissəsinə də vuraraq yerə yıxdı. Onu çətinliklə də olsa, evdən çölə çıxardım, qapını kilidlədim. Daha sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarına zəng edərək hadisə barədə məlumat verdim. Sonra polislər yaşadığım ünvana gələrək məni polis şöbəsinə dəvət etdilər”.
Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, qayınata gəlini ilə barışıb. Bu səbəbdən gəlini onun barəsində olan şikayətini geri götürüb.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az