Müalicədən sonra əməkdar artistin ayaqları şişib, yeriyə bilmir

ŞOU-BİZNES 07 iyul 2025, 16:39
"Ayaqlarım şişib, yeriyə bilmirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib. Aktyor bunun səbəbini belə izah edib:

"Burnumdan qan açılmışdı. Amma bu, adi qanaxma deyildi. Həkimlər deyir ki, bunun iki növü var. Müayinə zamanı məlum oldu ki, bu, çox az rast gəlinən xəstəlikdir. Burnumdan açılan qan sıradan bir hal deyildi. Həkimlər dedi ki, müalicə olunmalıdır, özü də xəstəxana şəraitində. Çünki bu müalicə bir günün işi deyil”.

Aktyor aparılan müalicədən sonra ayaqlarının şişdiyini qeyd edib:

"Odur ki, indi yeriyə bilmirəm. Hazırda əsa ilə gəzirəm”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyul 2025, 19:55
Top