Azərbaycanlı qadın paraşütlə qayaya çırpılıb öldü

HADİSƏ 07 iyul 2025, 18:10
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, hadisə Beşbarmaq dağında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qəza edərək qayaya çırpılıb və hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin oktyabrında Qubada da oxşar hadisə baş vermiş və 38 yaşlı həkim Şamo Mehdiyev faciəvi şəkildə ölmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top