Rusiyalı nazir Bakıya gəldi

DÜNYA 07 iyul 2025, 19:28
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.

Demokrat.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb. 

Rusiyalı nazirin bu gün Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurası və Baş Assambleyasının iclaslarında iştirak edəcəyi bildirilir.

Həmçinin A.Kurenkov tədbir çərçivəsində Bakıda müxtəlif ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirək. 

Qeyd edək ki, BMÜT dünyanın 60-dan artıq ölkəsinin fövqəladə xidmətlərini bir araya gətirir və qlobal miqyasda humanitar yardım fəaliyyətləri həyata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top