Bakı metrosunda həyəcan: Ana və 3 övladı...

HADİSƏ 07 iyul 2025, 13:37
Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər eskalatordan yıxılıblar.

Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, təxminən 40-45 yaşlarında xanım 3 övladı ilə birlikdə ilk dəfə eskalatordan istifadə edib.

Xanım uzun müddət tərəddüd edib və mindiyi eskalatordan yıxılan kimi, eskalatorun hərəkəti dayandırılıb.

"Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub:

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaş

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top