
Erməni-yunan müğənnisi Hoviq Azərbaycan mahnısını oğurlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə aparıcı Leyla Mustafayeva instaqram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Hoviqin yunan dilində oxuduğu mahnının adı “Hara gedir”dir.
Hələ də bizim olanı mənimsəyirlər. Mikayıl Müşviqin sözlərinə bəstələnmiş Bəstəkar Əkəkbər Tağıyevin “Qal sənə qurban” mahnısı hələ də erməni musiqisi kimi təqdim olunur. …
“Yutubda qarşıma bu video çıxdı. Mahnı tanış gəldi, qulaq asdım. Bu mahnı bəstəkar Ələkbər Tağıyevin şair Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Qal, sənə qurban” mahnısıdır. İllər əvvəl müəllif hüququ bunu Azərbaycan mahnısı kimi təsdiqləyib. Ermənilər dəfələrlə oğurlayıb və öz adından verib.
İndi də erməni və yunan müğənnisi Hoviq oxuyub, Yutubda paylaşıb və altından yazıb ki, erməni xalq mahnısı. Hələ də bizim olanı mənimsəyirlər. Azərbaycanın Əqli Mülkiyyət Agentliyi bu əsərin Azərbaycan müəlliflərinə məxsus olduğunu təsdiqlətdiyi kimi beynəlxalq səviyyədə də təsdiqlətməlidir”.
Qeyd edək ki, mahnı ilk dəfə 1968-ci ildə Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa edilib.