İsraildə ölənlərin sayı AÇIQLANDI

DÜNYA 20 iyun 2025, 17:54
Ölkələr arasında qarşıdurma başlayandan bəri İran ordusunun hücumları nəticəsində İsraildə 1200-ə yaxın insan  zərər çəkib. 

Demokrat.az
xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ümumilikdə 1217 nəfər xəsarət alıb. 12 nəfərin öldüyü, 49 nəfərin vəziyyətinin ağır olduğu, 1156 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Aslan qalxması” əməliyyatına başlayıb. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.

Hər iki ölkədəki zərbələr nəticəsində yüzlərlə insan yaralanıb, İran və İsrail isə bir-birinə hücumları davam etdirir.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top