Gənc Qazilər Birliyinin sədrinin həbs müddəti uzadıldı

KRİMİNAL 20 iyun 2025, 19:59
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı isti yay orqanın vəsatətinə baxılıb.

Demokrat.az xəbər verir ki, Xətai rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. 

Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti 2 aya qədər uzadılıb.

Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 iyun 2025, 22:40
Top